Kriştianu Ronaldo fikrindən daşındı
12.06.2009 - 12:39
Kriştianu Ronaldo fikrindən daşındı
“Mançester Yunayted” rəhbərliyinin ardınca, ulduz futbolçu Kriştianu Ronaldo da “Real”a keçməyə razılıq verib. Apasport.az saytının məlumatına görə, hazırda ABŞ-ın Los-Anceles şəhərində olan 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi səhhətindəki yüngül problemin yeni klubu ilə müqavilə imzalamağa əngəl olmayacağını bildirib.

Ronaldonun “qrija” ilə bağlı problemi olsa da, bunun aradan qaldırılması üçün cərrahiyyə əməliyyatına ehtiyac yoxdur: “Mən şəxsi müqavilənin şərtlərini burada - Los-Ancelesdə nəzərdən keçirdim. “Mançester Yunayted”in məni buraxmağa razı olduğunu bilirəm. “Real” nümayəndələri istəyir ki, mən müqavilə bağlamamışdan öncə tibbi müayinədən keçim. Mənim “qrija” ilə bağlı bir az problemim var. Ancaq bu haqda heç fikirləşmirəm də. Buna cərrah müdaxiləsinin ehtiyac olmaması tam dəqiqdir”.

Qeyd edək ki, əvvəllər Mançesterdə qalmaq istədiyini dəfələrlə bəyan edən Ronaldo “Real”a keçidi ilə dünyanın ən bahalı transferi olacaq. “Kral klubu” bu futbolçuya görə “Mançester Yunayted”ə 80 milyon funt sterlinq (93,4 milyon avro) ödəməyə hazırdır.
0