Ərəb şeyxlərinin “oyuncağı” dünyanın diqqət mərkəzində!
12.06.2009 - 12:54
Ərəb şeyxlərinin “oyuncağı” dünyanın diqqət mərkəzində!
İyunun 14-də FİFA Konfederasiyalar Kuboku start götürür. Apasport.az saytının məlumatına görə, CAR-da təşkil olunan turnirdə 8 komanda mübarizə aparacaq. Meydan sahibləri, həmçinin, yığmalar səviyyəsində planetin ən nüfuzlu 7 yarışının qalibi öz aralarında ənənəvi kubokun qalibini müəyyənləşdirəcək. Belə ki, FİFA-ya daxil olan regional konfederasiyaların ən yaxşısı ilə yanaşı, dünya çempionu da mükafat iddiasındadır.

Turnir artıq üçüncü dəfədir qarşıdakı dünya çempionatının təşkilatçısına tapşırılıb. Həm 2002, həm də 2006-cı il dünya birinciliklərinin meydan sahibi bir il əvvəl nisbətən kiçik məsul yarış keçirməklə hazırlığını yoxlamışdı. Əslində isə 8-ci dəfə baş tutacaq Konfederasiyalar Kuboku sonradan dünya tərəfindən belə tanınıb. Əvvəl ərəb şeyxlərinin “oyuncağı”nı xatırladan “Kral Fəhd” Kuboku daim Səudiyyə Ərəbistanında keçirilmək üçün təsis edilmişdi. Qitə çempionlarını bir araya gətirən ərəblərin turniri o qədər maraqlı alındı ki, sonda FİFA bu “oyuncağı” tanıyıb ələ keçirdi və adını dəyişməklə “özəlləşdirdi”.

Ümumiyyətlə, Konfederasiyalar Kuboku ilk növbədə faciə ilə yaddaşlara həkk olunub. Çünki məhz 2003-cü ildə keçirilən turnir zamanı Kamerun yığmasının oyunçusu Mark Vivyen Foe elə meydanda yıxılaraq ölmüşdü. Sonradan ürəyində ciddi problemlər olduğu aşkarlanan afrikalı yarışın tarixinə qara, amma əbədi həkk olundu.


İştirakçılar
A qrupu


Meydan sahibi – CAR
2008-ci ilin Avropa çempionu – İspaniya
2008-ci il Okeaniyanın Millətlər Kuboku – Yeni Zelandiya
2007-ci il Asiya Kuboku - İraq

B qrupu

2006-cı il dünya çempionu – İtaliya
2007-ci il Amerika kuboku – Braziliya
2008-ci il Afrika Millətlər kuboku – Misir
2007-ci il KONKAKAF Qızıl kuboku – ABŞ

Bütün oyunlar

14 iyun. 19:00. Yohannesburq. CAR – İraq
14 iyun. 23:30. Rustenburq. Yeni Zelandiya – İspaniya
15 iyun. 19:00. Blumfonten. Braziliya – Misir
15 iyun. 23:30. Pretoriya. ABŞ - İtaliya
17 iyun. 19:00. Blumfonten. İspaniya – İraq
17 iyun. 23:30. Rustenburq. CAR – Yeni Zelandiya
18 iyun. 19:00. Pretoriya. ABŞ - Braziliya
18 iyun. 23:30. Yohannesburq. Misir - İtaliya
20 iyun. 23:30. Yohannesburq. İraq – Yeni Zelandiya
20 iyun. 23:30. Blumfonten. İspaniya – CAR
21 iyun. 23:30. Pretoriya. İtaliya - Braziliya
21 iyun. 23:30. Rustenburq. Misir – ABŞ

1/2 final
24 iyun. 23:30. Blumfonten. A qrupunun qalibi – B qrupunun ikicisi
25 iyun. 23:30. Yohannesburq. B qrupunun qalibi – A qrupunun qalibi

3-cü yer uğrunda
28 iyun. 18:00. Rustenburq.

Final
28 iyun. 23:30. Yohannesburq.
Matçların başlama vaxtı Bakı vaxtı ilə göstərilib.

Bütün qaliblər
1992 (Səudiyyə Ərəbistanı) Argentina
1995 (Səudiyyə Ərəbistanı) Danimarka
1997 (Səudiyyə Ərəbistanı) Braziliya
1999 (Meksika) Meksika
2001 (Cənubi Koreya və Yaponiya) Fransa
2003 (Fransa) Fransa
2005 (Almaniya) Braziliya
0