Braziliyaya hansı futbol komandamız yollanacaq?
12.06.2009 - 12:57
Braziliyaya hansı futbol komandamız yollanacaq?
Azərbaycanı Braziliyada təmsil edəcək futbol komandasının adı iki gün sonra bilinəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sabah və ertəsi gün “Şəfa” stadionunda “Danone Beynəlxalq Kuboku”nun seçmə mərhələsinin Respublika üzrə final oyunları keçiriləcək.

Həlledici mərhələdə “Bakı”, “İnter”, “Simurq”, “Qəbələ”, “Neftçi”, “Karvan”, “Olimpik”, “Qarabağ”, “Turan”, “Xəzər-Lənkəran”, “Standard”, “Muğan”, “Şərur”, “Pambıqçı”, “Təhsil”, “Toxucu”, “İmişli”, UGİM, RİOEUGİM, “Xudafərin”, “Xəzər-92”, “Olimpiya məktəbi” və “Neftçi” İSM komandaları mübarizə aparacaq.

Yarışda 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlar iştirak edir. Seçmə mərhələnin Respublika üzrə final oyunlarının qalibi Braziliyada keçiriləcək “Danone Beynəlxalq Kuboku” futbol turnirində ölkəmizi təmsil etmək hüququ qazanacaq.
0