“Petrjela bizə təklif olunsa da, ondan imtina etdik”
24.06.2009 - 12:00
“Petrjela bizə təklif olunsa da, ondan imtina etdik”
“Qışda Vlastimil Petrjelanın agenti bizə zəng etmişdi. O, müştərisinin xidmətlərini bizə təklif etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Volqa” klubunun prezidenti Aleksey Qoyxman deyib.

Birinci divizionda mübarizə aparan Nijni-Novqorod təmsilçisi Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjelanın namizədliyinə müsbət cavab verməyib. Qoyxman bunu belə izah edib: “Biz Petrjeladan imtina edərək, komandaya rəhbərlik etmək hüququnu rusiyalı məşqçilərə etibar etdik. Bu məsələdə haqlıyıq, ya yox, bax, bunu noyabrın 4-də, çempionatın son turunda biləcəyik. Əgər komanda uğursuz çıxış etsə, ilk olaraq, mən səhvimi etiraf edəcəyəm”.

Qeyd edək ki, ölkəmizdə çıxış etmiş moldovalı hücumçu Anatoli Doroş ötən yay “Karvan”a məhz “Volqa”dan keçdi.
0