Azərbaycanlı hakim Avropa Liqası oyununa təyinat aldı
24.06.2009 - 12:05
Azərbaycanın Avropa Liqasındakı təmsilçilərinin sayı artıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yarışda mübarizə aparacaq üç təmsilçimizlə yanaşı, FİFA hakimi Fariz Yusifov da qitənin ikinci klub turnirində iştirak edəcək. Belə ki, 37 yaşlı referi Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb. Yusifov Sloveniyanın “Rudar” və Estoniyanın “Trans” klubları arasında iyulun 9-da keçiriləcək cavab matçının baş hakimi olacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0