Milli Məclis Azərbaycanda totalizator oyunlarını qanuniləşdirir
24.06.2009 - 12:12
“Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsinə idmanın lotereyalar və totalizatorlar vasitəsi ilə maliyyələşdirilməsini nəzərdə tutan yeni müddəa daxil edilib. Apasport.az saytının xəbərinə görə, bu barədə Milli Məclisin Sosial siyasət məsələləri komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunarkən məlumat verilib.
Komitə sədri Hadı Rəcəbli bu il dövlət büdcəsindən idmana 9 milyon manat vəsait ayrıldığını, bu məbləğin yetərli olmadığını deyib. Onun sözlərinə görə, müvafiq qurumlarla aparılan müzakirələrin nəticəsi kimi qanun layihəsinə idmanın dövlət büdcəsi ilə yanaşı, idman oyunlarının keçirilməsindən, idman lotereyalarının və mərc-oyunların (totalizatorların) təşkil edilməsindən maliyyələşdirildiyinə dair müddəa əlavə edilib.
Müzakirələrdən sonra sənəd parlamentin növbədənkənar sessiyasının iyunun 30-da keçiriləcək iclasına tövsiyə olunub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0