Ronaldo “Real”ın formasını nə vaxt geyinəcək?
24.06.2009 - 12:29
Kriştianu Ronaldonun Madridin “Real” klubunun formasını geyəcəyi gün bəlli olub. Apasport.az saytının məlumatına görə, ötən il həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi iyulun 6-da “Kral Klubu”nun yeni futbolçusu kimi təqdim olunacaq.
Ronaldo “Mançester Yunayted” klubundan 93 milyon avroya transfer olunmaqla, dünyanın ən bahalı futbolçusu adına sahib çıxıb. O, həm də dünyanın ən yüksək ödənişli futbolçusu olacaq. Kriştianunun “Real”la 6 illik müqavilə imzalanması nəzərdə tutulub və transfer bu ayın sonuna kimi rəsmiləşməlidir.
Qeyd edək ki, Ronaldonun transferinin bilavasitə təşəbbüskarı olan “Real”ın prezidenti Florentino Peres ona 1 milyard avro satış qiyməti qoyub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0