Musəvini dəstəkləyən futbolçular İran yığmasından qovuldular
24.06.2009 - 12:53
İranda keçirilən prezident seçkilərində məğlub olan namizəd Mirhüseyn Musəvini dəstəkləyən iranlı futbolçular milli komandadan qovulublar. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə hakimiyyətə yaxın “Iran Daily newspaper” qəzeti yazıb.
Xatırladaq ki, İran milli komandasının bəzi futbolçuları Cənubi Koreya paytaxtında futbol oyunu zamanı meydana yaşıl qolbaqlarla çıxıblar və bununla da müxalifətlə həmrəy olduqlarını nümayiş etdiriblər. Yaşıl rəng isə seçki zamanı Mirhüseyn Musəvinin rəsmi təbliğat rəngi olub.
Hazırda İran milli komandasının 4 üzvünün Musəvini dəstəklədiyinə görə komandadan qovulduğu bildirilir.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0