“Simurq” üçün 5 avtobus azarkeş
24.06.2009 - 14:14
"Simurq" və İsrailin "Bney Yehuda" klubları arasında ilk oyun Bakıda keçirilsə də, təmsilçimiz doğma zaqatalalı azarkeşlərin dəstəyindən məhrum olmayacaq. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsində baş tutacaq matça bölgədən 5 avtobus azarkeş gələcək. Sevimli futbolçularını dəstəkləmək istəyən zaqatalalıların paytaxtda keçiriləcək qarşılaşmaya səfərini təmin etmək üçün “Simurq” rəhbərliyi onların nəqliyyat problemini həll etməyə qərar verib. Belə ki, iyulun 2-i səhər saat 09:30 "sarı-qaralı" azarkeşləri Bakıya gətirəcək 5 avtobus Zaqataladan yola düşəcək.
Qeyd edək ki, iyulun 2-də Bakının Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq və arenaya giriş pulsuz olacaq.
Qeyd edək ki, iyulun 2-də Bakının Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq və arenaya giriş pulsuz olacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0