“Kocaelispor” Rəşad Sadıqovdan nə istəyir?
24.06.2009 - 14:54
“Kocaelispor” Rəşad Sadıqovdan nə istəyir?
Türkiyənin “Kocaelispor” klubunun rəhbərliyində yer alan Muammer Çelik yeni layihələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, heyəti gücləndirmək fikrində olan Çelik həmyerlimiz Rəşad Sadıqovu da saxlamağı qarşıya məqsəd qoyub.

İzmit təmsilçisi milli komandamızın 27 yaşlı kapitanının xidmətindən Bank Asiya Liqasında da istifadə etmək istəyir: “İndiki heyəti qoruya bilsək, komandaya 4 və ya 5 yeni futbolçu lazımdır. Müdafiənin soluna mütləq bir futbolçu almalıyıq. Mərkəz müdafiəçimiz Rəşad Sadıqovla anlaşa bilsək, bu mövqeyə daha bir futbolçu gətirəcəyik. Orta sahəyə bir oyun qurucusu olmaq şərti ilə iki futbolçunu almaq şərtdir. Bir də mərkəz hücumçusuna ehtiyacımız var. İstədiyimiz heyəti yığsaq, rahat çempion olarıq”.

Qeyd edək ki, “Kocaelispor”la müqaviləsi bitən Rəşad özünə yeni komanda axtarır.