Əhməd haradadır?
24.06.2009 - 15:01
Ötən mövsüm “Xəzər-Lənkəran” klubunda forma geyinən Əhməd Dursun Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, yay istirahətini başa vuraraq Bakıya dönən 32 yaşlı hücumçunun məqsədi gələcək karyerasına aydınlıq gətirməkdir.
Belə ki, lənkəranlılarla müqaviləsinin bitməsinə baxmayaraq, Dursun yeni klubla bağlı qərar verməzdən əvvəl sabiq rəhbərliyi ilə danışmağı zəruri sayıb. O, bu məqsədlə “Palmali” Şirkətlər Qrupunun Bakıdakı ofisinə təşrif buyurub. Bu dəqiqələrdə klub rəhbərliyi ilə görüşən Dursun menecer tərəfindən “Bakı”ya da təklif olunub.
Qeyd edək ki, Əhməd Azərbaycan Premyer liqasında keçirdiyi 12 oyuna 5 qol vurub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0