“Bakı”nın almaq istədiyi futbolçu siqaret və qızla yaxalandı - FOTO
24.06.2009 - 15:14
Türkiyə yığmasının və Yunanıstanın “Larisa” klubunun futbolçusu Tümər Mətin paparatsilərin hədəfinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi İzmirdə istirahət etdiyi vaxt gənc qızla yaxalanıb.
O bildirib ki, yanındakı qızı həyat yoldaşı Cansu Mətin də tanıyır. Həmin gənclə sevişmədiyini sübuta yetirmək üçün Tümər fotoqrafdan şəkli alaraq, İnternet vasitəsilə xanımına göndərib və jurnalistlərə belə deyib: “O qızı həyat yoldaşım da tanıyır. İnanmırsınızsa, soruşa bilərsiniz”.
Cansu Mətin isə şəkli diqqətlə nəzərdən keçirdikdən sonra məsələyə aydınlıq gətirib: “Böyük bir şirkəti idarə etdiyim üçün istirahət vaxtım azdır. Tümərə də həmişə yanımda otur deyə bilmərəm. İstirahət etmək onun haqqıdır. Həyat yoldaşımın yanındakı hər kəsi tanıyıram. Sakit olun, nəyi istəyirsinizsə yazın. Şəkildəki qız dostlarımdan birinin dostudur. Onu tanıyıram”.
Bundan başqa, şəkildə Tümərin siqaret çəkməsi də açıq-aşkar nəzərə çarpıb.
Qeyd edək ki, türk futbolçunu bu ilin qışında “Bakı” transfer etmək istəyirdi. Lakin Tümər Azərbaycan yox, Yunanıstan çempionatında oynamağa üstünlük verdi.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0