Zeynal Məmmədov: Planımız dəyişdi
24.06.2009 - 15:18
Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Bakı” klubunun hazırlıq planında dəyişiklik edilib. Komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında hazırda təlim-məşq toplanışında olduqları Sloveniyadan birbaşa Litvaya yollanmayacaqlarını bildirib.
ÇL-də Litvanın “Ekranas” klubu ilə qarşılaşacaq “Bakı” püşkə görə ilk oyunu iyulun 14-15-i səfərdə keçirməlidir. Bununla belə, Sloveniyadan vətənə dönməyi vacib hesab edən Məmmədov fikrini belə əsaslandırıb: “Bilirsiniz, komanda Sloveniyadan Litvaya yollanmaq üçün bir neçə reys dəyişməli olacaq. Bu da futbolçularda yorğunluq yaradacaq. Ona görə də Sloveniyada hazırlıq prosesini başa vurub, iyulun 10-da Bakıya qayıtmağı nəzərdə tutmuşuq. Litvadan fərqli, Latviyaya birbaşa hava reysi var ki, bu da Bakı - Riqadır. Litvaya yollanmaq üçün ya bu, ya çarter reysindən istifadə edəcəyik. Vəziyyətə baxıb, son qərarımızı verəcəyik”.
Qeyd edək ki, “Ekranas” Panevejis şəhərini təmsil edir.

0
0