“Kaliakra”nın mərkəz müdafiəçisi Azərbaycanda
24.06.2009 - 15:39
“Kaliakra”nın mərkəz müdafiəçisi Azərbaycanda
Bolqarıstanın “Kaliakra” klubunun futbolçusu Anton Dimitrov karyerasını Azərbaycanda davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, təcrübəli mərkəz müdafiəçisi ölkəmizdən aldığı dəvəti müsbət dəyərləndirərək, baxışdan keçmək üçün Azərbaycan klubunun düşərgəsinə gəlib.

Bolqarıstan çempionatının ikinci dəstəsinin Şərq zonasında çıxış edən “Kaliakra”nın icraçı-direktoru Ventsislav Vasilyev 30 yaşlı futbolçu ilə yeni müqavilə bağladıqlarına baxmayaraq, onu Azərbaycan təmsilçisinə satmağa hazır olduqlarını bildirib. Həmin klubun adını açıqlamayan Vasilyevin sözlərinə görə, müdafiəçi baxışdan uğurla keçərsə transferində problem yaşanmayacaq.

Qeyd edək ki, Dimitrov ötən mövsüm keçirdiyi 15 oyunda 7 sarı vərəqə alıb.
0