“Simurq” Bolqarıstan yığmasının sabiq futbolçusunu icarəyə götürür
24.06.2009 - 16:07
“Simurq” Bolqarıstan yığmasının sabiq futbolçusunu icarəyə götürür
“Simurq” daha bir bolqarıstanlı futbolçunu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi bir illik müqavilə bağladığı Nikolay Petrov-Valevin ardınca, Marin Kerçevi də heyətinə qata bilər.

2005-ci ildən vətənində ən tanınmış klublardan olan “Slaviya”nın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçinin icarə əsasında ölkəmizdə çıxış edəcəyi gözlənilir. Artıq “Slaviya” rəhbərliyi məsələnin detallarını müzakirə etməyə hazır olduğunu bildirib. Klubun sabiq baş məşqçi Stevitsa Kuzmanovskinin dövründə “Slaviya”ya keçən Kerçevin özünə yeni klub axtarmasına onun mövqeyinə yeni oyunçuların alınması səbəb olub.

Bolqarıstanın digər məşhur komandası - MOİK-in də şərəfini qoruyan Martin Çempionlar Liqasında 2 (1 qol), UEFA kubokunda isə 1 oyun keçirib. Bolqarıstanın gənclərdən ibarət yığmasında isə onun hesabında 8 görüşə 1 qol var.
0