Pokora: əvvəl jurnalistlər, sonra israillilər
24.06.2009 - 16:45
Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Simurq”un Gürcüstanda davam edən təlim-məşq toplanışının yekunlaşacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsrailin “Bney Yehuda” ilə ilk qarşılaşmasını Bakıda keçirən zaqatalalılar bu üzdən vətənə tez dönməyə qərar verib. Qarşıdakı 3 günü Tbilisidə keçirəcək “Simurq” iyunun 27-də Bakıya qayıdacaq və "Bney Yehuda" ilə oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçdan bir gün əvvəl - iyulun 1-də isə klubun ukraynalı baş məşqçisi Roman Pokoranın mətbuat konfransında jurnalistlərlə görüşəcəyi planlaşdırılıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0