Məmmədov da Avropa Liqasında
24.06.2009 - 17:08
Sloveniyanın “Rudar” və Estoniyanın “Trans” klubları arasında Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarını idarə edəcək hakimlər briqadasının tam tərkibi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyulun 2-də baş tutacaq oyunda fit çalacaq Fariz Yusifova həmyerlilərimiz kömək edəcək. 37 yaşlı FİFA hakiminin başçılıq etdiyi briqadada laynsmanlar – Mehman Mahmudov və Mübariz Haşımov, həmçinin dördüncü hakim funksiyasını yerinə yetirəcək Elçin Məmmədov kömək edəcək. Yusifovun briqadasını AFFA müəyyənləşdirib.
Bu briqadada daha iki hakimin yer alacağı gözlənilsə də bu baş verməyib. Belə ki, hər oyuna altı hakimin təyinat alması ilə bağlı eksperimentin Avropa Liqasında davam etdirilməsini təklif edən UEFA prezidenti Mişel Platinin bu istəyi hələlik təxirə salınıb. Düzdür, FİFA-nın Baham adalarında baş tutan İcraiyyə Komitəsində bu eksperimentin keçirilməyi təsdiqlənmişdi. Lakin indi bu qərarı UEFA-nın İcraiyyə Komitəsi təsdiqləməlidir. Yalnız bundan sonra əlavə iki hakimin bütün matçlarda, yoxsa bəzilərində tətbiq olunacağına aydınlıq gələcək.

0
0