Qurban Qurbanov şanlı tarixə inanır
24.06.2009 - 17:27
“İnşallah, “Rusenborq”la oyunda tarix yazmaq istəyirik. Düzdü, şanlı tarix yazmaq çətin olur. Amma bu ilk də nə vaxtsa gerçəkləşməlidir. İnşallah, bu il sevinci yaşayarıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Hazırda Türkiyədə təlim-məşq toplanışında Ağdam təmsilçisi Avroliqanın ikinci təsnifat mərhələsində rəqibini gözləyir. Bu, Norveçin “Rusenborq” və Farer adalarının “NSİ Runavik” klubu arasında keçiriləcək oyunlardan sonra müəyyənləşəcək. Cütün aşkar favoriti olan “Rusenborq”un qalib gələcəyi şübhə doğurmur və elə Qurbanov da diqqəti bu komandaya yönəldib: “Yeni mövsüm üçün komandada bir sıra islahatlar etdik. Yollarımızı ayırdığımız hər bir futbolçunun ötən ilki uğurda payı vardı. Lakin günün tələbləri ilə uzlaşmaq lazımdır. Komandanı gəncləşdirmişik və bu futbolçular ölkənin gələcəyidir. Ancaq bu, o demək deyil ki, hədəfimizi də “gəncləşdirmişik”. “Rusenborq” nə qədər güclü komanda olsa da, hər halda, meydanda onun adı yox, 11 futbolçusu olacaq. Yaxşı çalışsaq, bir az da şans yanımızda olsa, inşallah, turu niyə də keçməyək?”
Qeyd edək ki, “Qarabağ” hazırkı fasilə müddətində milli komandamızın üzvləri Vüqar Nadirov, Cəmşid Məhərrəmov və Elvin Məmmədovu transfer edib.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0