6,3 milyon avroluq toy - FOTOSESSİYA
24.06.2009 - 18:40
6,3 milyon avroluq toy - FOTOSESSİYA
Məşhur futbolçular külli miqdarda pul qazanırlar. Buna görə də bahalı maşınlar sürür, villalarda yaşayırlar. Ən çox pulu isə toylarına xərcləyirlər. Elə futbolçular var ki, toylarının dəbdəbəli keçməsi üçün 100 minlərlə dollar xərcə düşür, dəridən-qabıqdan çıxırlar. Apasport.az saytı Britaniya mətbuatına istinadən toylarına ən çox pul xərcləyən ingilis futbolçuları təqdim edir.

1. Ueyn Runi (“Mançester Yunayted”)
İngiltərə yığmasının hücumçusu ötən il Kolin Maklaulinlə ailə həyatı qurub. Onların toyu İtaliyanın Santa Marqarita şəhərində keçirilib və bu məclisə fantastik məbləğ - 6,3 milyon avro xərclənib. Təkcə gəlinlik paltarı 350 min avroya başa gəlib. Toyda Runinin ən çox sevdiyi “Westlife” qrupu oxuyub. Bu qrupa Ueynin 3 həftəlik maaşı, yəni 500 min avro verilib. Toydan sonra qonaqlar üçün dünyanın ən bahalı yaxtaları sayılan “Alisa” və “RM Eleqant”da əyləncə təşkil olunub. Bu yaxtaların hər birinin dəyəri 100 milyon avrodur və buranı 1 günlük kirayə etmək üçün 100 min avro lazımdır.

2. Devid Bekhem (“Los Anceles Qalaksi”)
ABŞ-ın “Los Anceles Qalaksi” klubunun şərəfini qoruyan Devid məşhur müğənni Viktoriya ilə 1999-cu ildə nikaha girib. Toya 500 min funt-sterlinq xərclənib. İrlandiyanın Luttrellstoun şəhərində evlənən cütlüyün toyu uzun müddət mətbuatın müzakirə mövzusu olub.

3. Eşli Koul (“Çelsi”)
28 yaşlı Eşli cazibədar Kerili özünə ömür-gün yoldaşı seçib. 2006-cı ildə keçirilən toy 500 min funt-sterlinqə başa gəlib.

4. Stiven Cerrard (“Liverpul”)
“Liverpul”un kapitanı Stiven Cerrard isə toya 750 min funt-sterlinq xərc çəkib. Bu məbləğə gəlinə hədiyyə olunan 60 min funt-sterlinqə dəyərində almaz qaşlı üzük daxil deyil. Stivenin həyat yoldaşı Aleks Kurrandır.

5. Qari Nevill (“Mançester Yunayted”)
17 ildir “qırmızı şeytanlar”ın formasını geyinən Qari Nevill Emma Hadfildlə ailə qurub. Toya 1 milyon funt-sterlinq xərclənib.

6. Con Terri (“Çelsi”)
İngiltərə milli komandasının da şərəfini qoruyan istedadlı müdafiəçi də kifayət qədər xərcə düşüb. Terrinin Ton Pulla toyu 1 milyon dollar xərc tutub.

7. Maykl Kerrik (“Mançester Yunayted”)
Kerrik subaylığın daşını 2007-ci ildə atıb. O, Liza Rouhedlə nikaha girib. “Steplford Park” otelində keçirilən toyun ümumi xərci 250 min funt-sterlinq olub.

8. Maykl Çopra (“Kardiff Siti”)
Ötən il Çopranın Hedzer Suanla toyu 250 min funt-sterlinqə başa gəlib.
0