İspaniya yığmasını necə udmaq olar?
25.06.2009 - 09:46
İspaniya yığmasını necə udmaq olar?
“Biz əla iş gördük, meydanın mərkəzində yaxşı hərəkət edirdik. Müdafiədə sahmanlı oynamaqla yanaşı, hücumda aqressivlik göstərə bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər ABŞ milli komandasının baş məşqçisi Bob Bredli deyib.

CAR-da keçirilən Konfederasiyalar Kubokunda ən böyük sensasiya imza atan şimali amerikalıların çalışdırıcısı 35 oyundur məğlub olmayan İspaniya yığması ilə yarımfinal görüşündən sonra qələbənin “resept”ini açıqlayıb: “Biz Xavini zərərsizləşdirə bildik. Elə elədik ki, o yalnız arxaya və ya köndələn ötürmələr etməyə məcbur olub kəsmə ötürmələr edə bilmədi. Əks halda, bu çox təhlükəli olardı. Məncə futbolçularımız istənilən rəqibə qarşı layiqli oyun göstərmək iqtidarında olduqlarını dərk etməyə başlayıblar. Məsələ onda deyil ki, hər oyun boyu meydanda dominantlıq edəsən, vacib olanı odur ki, dünyanın aparıcı yığmalarını udmağın mümkünlüyünü başa düşməkdir”.
0