Nihat “Beşiktaş”a qayıtdı
25.06.2009 - 09:50
Nihat “Beşiktaş”a qayıtdı
Türkiyə çempionu və kubokunun qalibi “Beşiktaş” klubu Türkiyə milli komandasının futbolçusu Nihat Kahveçini transfer edib.

Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu 2002-ci ilin yanvarında tərk etdiyi komandaya 7,5 ildən sonra qayıdıb.

Bu müddətdə Nihat İspaniya klublarının şərəfini qoruyub. O, 4,5 il “Real-Sosyedad”da, 3 il isə “Vilyarreal”da çıxış edib. Ümumilikdə “La Liga”da 195 oyuna çıxan forvard 75 qol vurub.

“Beşiktaş” onu sonuncu klubu “Vilyarreal”dan 5,5 milyon avroya alıb. Kahveçi ilə 3 illik müqavilə imzalanacaq. Anlaşmaya əsasən, futbolçu hər il 3 milyon avro alacaq.

Qeyd edək ki, 2000-ci ildən Türkiyə millisinə çağırılan Nihat 62 oyunda 17 qol vurub.
0