“Akademiya” iki toplanış keçirəcək
25.06.2009 - 10:07
“Akademiya” iki toplanış keçirəcək
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, 15 yaşlılardan ibarət yığmanın bazasını təşkil edən “Akademiya” yarım ay ərzində iki hazırlıq prosesi keçirəcək. Komanda əvvəl iyunun 28-dən iyulun 3-dək, sonra isə iyulun 5-dən 10-dək toplanışa yığışacaq. Altıgünlük hazırlıqların hər ikisi Bakı şəhərində baş tutacaq.

Qeyd edək ki, toplanışa dəvət olunan futbolçuların siyahısı hələ müəyyənləşməyib.
0