“Barselona” “Real”ın bacarmadığını bacaracaqmı?
25.06.2009 - 10:45
“Barselona” İspaniya yığmasının hücumçusu David Vilyanı transfer etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, kataloniyalıların baş məşqçisi Xosep Qvardiola mövsümlərarası fasilədə böyük transferlərin gerçəkləşməyəcəyini vurğulasa da, “Valensiya”da oynayan ulduz futbolçu üçün 35 milyon funt-sterlinq təklif edilib.
Davidi sıralarında görmək istəyən “Barselona”nın nümayəndələri son günlərdə 3 dəfə valensiyalı həmkarları ilə görüşüb, transferlə bağlı müzakirələr aparıb. Bütün bunlar “Qalaktikos” yaratmaqda olan Madrid “Real” rəhbərliyinin Vilyadan əlini üzməsindən sonra baş verib.
Əzəli rəqibinin ala bilmədiyi ulduzu heyətinə qatmaq üçün “Barselona” 35 milyon funt-sterlinqlə də kifayətlənməyəcək. Belə ki, bu məbləğin “Valensiya”nı razı salmayacağı halda, pulla yanaşı, Martin Kaseres və Boyan Krkiç də veriləcək.
Qeyd edək ki, Vilya ötən il keçirilən və İspaniya yığmasının qələbəsi ilə nəticələnən Avropa çempionatının ən məhsuldar futbolçusudur. İyunun 9-da Bakıda Azərbaycan milli komandasının qapısına 3 qol vuran 28 yaşlı hücumçu milli komandanın tarixində vurduğu qolların sayına (31 qol) görə yalnız Rauldan geri qalır.

0
0