“Neftçi” üçün daha bir legioner: Marko Corceviç
25.06.2009 - 11:43
Bakının “Neftçi” klubuna daha bir legioner baxışa gəlib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı serbiyalı yarımmüdafiəçi Marko Corceviç da komandanın baş məşqçisi Böyükağa Ağayevin etimadını qazanmağa çalışacaq.
Corceviç karyerası boyu vətənində çıxış edib və son klubu yüksək liqa təmsilçisi “Napredak” olub. Dayaq yarımmüdafiəçisi axtarışında olan Ağayev Corceviçlə yanaşı, bu mövqedə çıxış edən Ruslan Qunçakı da sınayır. 30 yaşlı ukraynalı “Xarkov” klubunda kapitan sarğısını daşıyıb.
Bununla da baxışa gələnlərin sayı 5-ə çatıb. Buna qədər litvalı qapıçı Paolos Qribauskas, estoniyalı müdafiəçi Taavi Rahn və çernoqoriyalı yarımmüdafiəçi Vladimir Vuyoviç flaqmanın düşərgəsində yer alıb.

0
0