Krauç da kefdədir - FOTOSESSİYA
25.06.2009 - 11:58
Krauç da kefdədir - FOTOSESSİYA
İngiltərə milli komandasının və “Liverpul”un ucaboy futbolçusu Piter Krauç istirahətdədir. Apasport.az saytının məlumatına görə, Premyer Liqada fasilə yaranan kimi, istedadlı hücumçu model sevgilisi Abiqal Klensi ilə birgə çimərliyə yollanıb.

23 yaşlı Klensi Piterlə əməlli-başlı əylənib. Paparatsilər isə fürsəti əldən verməyərək, bu anları fotoobyektivin yaddaşına köçürüblər.