“Neftçi”nin məşqçiləri dəyişdi
25.06.2009 - 12:10
“Neftçi”nin məşqçiləri dəyişdi
Bakının “Neftçi” klubunun əvəzedici komandasının məşqlilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Neftçi-2”nin yeni baş məşqçisi kimi təsdiqlənən 35 yaşlı Mirbağır İsayevə Hüseynqulu Quliyevlə qapıçılarla işləyən Etibar Tarverdiyev kömək edəcək.

37 yaşlı Quliyev flaqmanın həvəskarlardan ibarət komandasını çalışdırıb və onu ölkə çempionu edib. 36 yaşlı Tarverdiyev isə 17 yaşlılardan ibarət yığmamızda İsayevlə birgə çalışıb. Onlar əvəzedici komandada Elmir Xankişiyevlə Emil Babayevi əvəzləyib. Bu iki məşqçi “Neftçi-2”yə Arif Əsədov rəhbərlik etdiyi dövrdə onun köməkçiləri olub. Ötən mövsüm əvəzediciləri ölkə çempionu edən Əsədov əsas komandada məşqçi kimi çalışır. O, baş məşqçi Böyükağa Ağayevin köməkçisi təyin olunub.