Təkkə + 10 milyon avro = Quiza
25.06.2009 - 12:43
“Zenit” rəhbərliyi ispan hücumçu Daniel Quizanın transferi ilə bağlı “Fənərbaxça”ya təklif irəli sürüb. Apasport.az saytının məlumatına görə, UEFA kuboku və Superkubokunun qalibi olan Rusiya təmsilçisi 28 yaşlı Avropa çempionu üçün 10 milyon avro və üstəgəl Fatih Təkkəni verməyə hazırdır.
Sankt-Peterburq komandasının transferə çıxardığı Təkkə iyunun 29-da Avstriyaya təlim-məşq toplanışına yollanmayacaq. Türkiyəli hücumçunun peşəkarlıq səviyyəsindən narazı qalan komandanın baş məşqçisi Dik Advokat onu Quiza ilə dəyişmək istəyir. Elə “Fənərbaxça” rəhbərliyi də ötən yay İspaniya yığmasının heyətində Avropa çempionu olan, həmin turnirdə iki qol vuran Quizadan narazıdır. İstanbullular ötən yay “Malyorka”dan 14 milyon avroya transfer etdiyi Danieldən canını qurtarmaq istəyir.
Qeyd edək ki, Quiza 2007/08 mövsümündə “Malyorka”nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb.

0
0