“Bney Yehuda” rəsmisi: Büdcəmiz məhduddur
25.06.2009 - 13:25
“Bney Yehuda” rəsmisi: Büdcəmiz məhduddur
“Bizim komandanın büdcəsi məhduddur. Məşqçi və futbolçulara yüksək məbləğdə paralar təklif edə bilmirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrailin “Bney Yehuda” klubunun baş direktoru Moşe Dmayo deyib.

Avropa Liqasında Zaqatalanın “Simurq” klubunun rəqibi olan Təl-Əviv təmsilçisinin rəsmisi komandanın baş məşqçisi Qay Luzonla müqavilənin uzadılmağını istəyir: “Təbii ki, maddi baxımdan bir çox klublarla ayaqlaşa bilmirik. Lakin bu problem deyil. Axı Luzon elə oğlandır ki, onun üçün pul önəmli deyil. Paranı düşünməyən nadir insanlardan olan mütəxəssisə yeni 5 illik müqavilə təklif etmişik. Yəqin ki, yaxın həftələrdə bununla bağlı razılıq əldə edəcəyik. Azarkeşləri inandıra bilərəm: baş məşqçimizi saxlayacağıq”.