“Simurq”u görmək istəyən israillilər 10 manat 9 qəpik ödəyəcək
25.06.2009 - 14:24
“Simurq”u görmək istəyən israillilər 10 manat 9 qəpik ödəyəcək
“Simurq” klubunun avrokuboklarda keçirəcəyi ilk səfər oyununun biletlərinin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi olan İsrailin “Bney Yehuda” komandası Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab görüşünün biletləri ilə bağlı məsələyə aydınlıq gətirib.

Təl-Əviv təmsilçisi bu sahədə yenilik etməyərək, son iki mövsümdə mövcud olan qiymətləri dəyişməz saxlayıb. Belə ki, mövsüm ərzində “Bney Yehuda”nın keçirəcəyi bütün oyunların biletlərinin qiyməti yarışın səviyyəsi, tribunanın yeri və yaş kateqoriyasına bölünməyərək standart olacaq. İyulun 9-da keçiriləcək Avropa Liqasının matçı da daxil olmaqla, paytaxtın “Blumfeld” stadionundakı bütün görüşlərə giriş 50 İsrail şekeli, yəni təxminən 10 manat 9 qəpiyə olacaq.

Qeyd edək ki, 1960-cı ildə inşa olunan “Blumfeld” stadionu 15700 tamaşaçı tutur.