Ramal Hüseynov: Karyeramı harada davam etdirəcəyim dəqiqləşməyib
25.06.2009 - 14:57
“Karyeramı harada davam etdirəcəyim dəqiqləşməyib. Türkiyənin “Kocaelispor” klubunda prezident seçkilərinin nəticəsini gözləyirəm. Bu ayın sonunda hər şeyə tam aydınlıq gəlməlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Ramal Hüseynov deyib.
Müqavilə ilə paytaxt komandasına məxsus 25 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci dövrəsində “Kocaelispor”a icarəyə verildi. Ramalın İzmit təmsilçisi ilə anlaşması bitsə də, “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski onun xidmətində yenə maraqlı deyil: “Bu komandaya qayıdışım gündəmdə deyil. Sadəcə, müqavilə ilə “Bakı”ya məxsusam və bir ildən sonra sərbəst futbolçusu olacağam. Klubun vitse-prezidenti Zeynal Məmmədovun xaricdən qayıdışını gözləyirdim. Onunla görüşüb, müqavilə məsələmi danışacağam. Ola bilsin ki, yenə icarəyə verildim”.
Hüseynov transfer işləri ilə Tunc Afşarın məşğul olduğunu bildirib: “O, “Kocaelispor”a keçidimdə də vasitəçi olmuşdu. Afşar yenə Türkiyə variantlarını nəzərdə keçirir. Deyilənə görə, üç variant var. Bunlardan biri Superliqa, ikisi Bank Asiya, yəni birinci liqadır. Oradakı klubların “Bucaspor” və “Karşıyaka” olduğu deyilib. Yerli klublarımızdan da bir neçə variant var. Bunlardan ən realı “Olimpik”dir. Ancaq bu komandaya keçməmişəm. “Bakı” ilə müqaviləm olduğu halda, bunu edə bilmərəm. Sadəcə, baş məşqçi Əsgər Abdullayev futbolçu kimi yetişməyimdə böyük əməyi olub. “Şəfa” klubunda və olimpiya yığmasında uzun müddət onun rəhbərliyi altında oynamışam. İddialı klub saydığım “Olimpik”ə sadəcə, ilkin razılıq vermişəm”.
Ramal “Kocaelispor”un Superliqada yerini itirib, yenidən Bank Asiya liqasında çıxış etməsinə baxmayaraq, orada çıxışını davam etdirmək istəyindədir: “Düzdür, orada hələ nə rəhbərlik, nə də baş məşqçi məlumdur. Ancaq komandanın kapitanı Sərdar Torpaktəpə ilə telefon danışığım olub. Onun bizə “Kocaelispor”da çox köməyi dəyib, Rəşadın keçidində vasitəçi olub. “Beşiktaş”ın sabiq futbolçusu olan Sərdar komandada çəkiyə malikdir, necə deyərlər, sözü keçir. Onun dediyinə görə, prezident seçkilərindən sonra “Kocaelispor”da vəziyyət yaxşılaşmalıdır. Buna görə də Sərdar mənə tələsməməyi, seçkilərin nəticəsini gözləməyi məsləhət bilir”.

0
0