Zaur Ramazanov “Qarabağ”dan ayrılıb
25.06.2009 - 15:01
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqlarını tam heyətlə davam etdirə bilmir. Apasport.az saytının məlumatına görə, ağdamlıların hücumçusu Zaur Ramazanov səfərə çıxan heyətdən ayrılaraq Bakıda qalıb. Karyerası ərzində iki dəfə Azərbaycan çempionatının ən yaxşı bombardiri olan 33 yaşlı futbolçunun Bakıda qalmasına isə səhhətində yaranan problem səbəb olub. Özünü soyuğa verən və bu üzdən qızdırmalı olan Ramazanov təlim-məşq toplanışının gedişində “Qarabağ”a qoşula bilər. Təbii ki, əgər başqa kluba keçməzsə. Ağdamlılarla hələ iki illik müqaviləsi olan hücumçunun Türkiyədə olmamasının daha bir səbəbi də digər komandaların maraq dairəsində olmasıdır.
Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, “Qarabağ” rəhbərliyi Ramazanovu transferə çıxarıb.
Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, “Qarabağ” rəhbərliyi Ramazanovu transferə çıxarıb.
0
0