“Beşiktaş”da qalmaqal: Rüştü Sərdarı sillələdi
25.06.2009 - 17:34
Türkiyənin “Beşiktaş” futbol klubunun düşərgəsində 5 ay öncə baş vermiş xoşagəlməz olay üzə çıxıb. Lent.az-ın “Nabertürk”ə istinadən verdiyi məlumata görə, hadisə Antalya şəhərindəki təlim-məşq toplantısı zamanı yaşanıb.
Baş məşqçi Mustafa Dənizlinin yeni mükafat sistemini futbolçular tərəfindən müzakirə edildiyi vaxt təcrübəli qapıçı Rüştü Rəçbər gənc yarımmüdafiəçi Sərdar Özkanı şillələyib. Buna Sərdarın təcrübəli oyunçulara müraciət edərək, “Niyə gənclərin fikrini öyrənmirsiniz?” söyləməsi səbəb olub. Rüştü əvvəlcə Özkana “Səsini yüksəltmə, sıra sənə gələndə danışarsan” - deyə, xəbərdarlıq edib. Lakin Sərdar sakitləşməyib. Əksinə, o, etirazlarını əl-qol hərəkətləri ilə bildirmək istəyib. Bundan qəzəblənən Rüştü Sərdarın sifətinə şillə vurub. Gənc futbolçu aldığı zərbənin cavabını vermək üçün əvvəlcə Türkiyə milli komandasının sabiq qapıçısının üzərinə yerimək istəsə də, sonradan hirsini divardan yumruqla çıxmaq qərarına gəlib. Nəticədə onun əlində çat yaranıb.
Baş verənlərdən xəbər tutan komandanın baş məşqçisi futbolçuları məzəmmət etdikdən sonra onları barışdırıb.
Qeyd edək ki, ötən mövsüm məşq zamanı “Beşiktaş”ın daha iki futbolçusu – İbrahim Üzülməz və İbrahim Toroman arasında yumruq davası baş verib.

0
0