Yunis Hüseynov: “Karvan” ötən mövsümlə müqayisədə daha güclü olacaq
25.06.2009 - 23:09
“Komandanın gələcəyi yaxşı olmalıdır. Rəhbərlik yaxşı kollektiv yaratmaq istəyir”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. Onun sözlərinə görə, ilk baş məşqçisi kimi tarixə düşdüyü, 5 illik yubileyinə hazırlaşan komanda Premyer Liqada çıxışını davam etdirəcək.
“Düzdür, hələlik rəhbərliklə ətraflı söhbətləşib, hər şeyi müzakirə etməmişik. Yalnız telefonla ilkin danışığımız olub. Hər halda, rəhbərliyin dediyinə görə, yaxşı komanda yaratmaq istəyirlər. “Karvan” ötən mövsümlə müqayisədə daha güclü olacaq. Sponsorlar yenə əvvəlkilərdir. Vəziyyət ötən mövsümlə müqayisədə yaxşı olmalıdır. Əslində, klubda maliyyə durumu normal idi. Niyə onda uğursuz çıxışı etdik? Nəsə alınmadı, bəzi nüanslar oldu” – deyə Hüseynov bildirib.
44 yaşlı mütəxəssis hazırlığa başlamaq baxımından yubandıqlarını gizlətmir: “Gecikməyinə gecikmişik, amma bunun öhdəsindən gəlməliyik. “Karvan”da iki futbolçu qalıb. Bunlar gürcü Aleksandr İntskirveli ilə Əziz Quliyevdir. İntskirveli vətənindədir, orada hazırlıq keçir. Əziz isə burda olsa da, hələ məşq etmir. Hesab edirəm ki, heyətdəki boşluqları aradan qaldırıb yeni komanda yarada bilərik. Rəhbərlik təlim-məşq toplanışı məsələlərini də danışıb. Yenə hazırlığa Türkiyəyə, əvvəl təlim-məşq toplanışında olduğumuz Bolu şəhərinə yollanacağıq”.
Hüseynov həmçinin vurğulayıb ki, baş məşqçi postunda fəaliyyəti hələ rəsmiləşməyib: “Müqaviləm mövsümün sonunda bitib. Əgər ortaq məxrəcə gəlsək, yaxşı komandanın yaranması üçün əlimdən gələni edəcəyəm. Gələn həftə rəhbərliklə görüşüb, ətraflı söhbət edəcəyik. Ancaq hələlik ortada bir şey yoxdur. İddialı klubda çalışmaq istəyirəm. Ümid edirəm ki, “Karvan” iddialı olacaq və bu halda, orada işimi davam etdirəcəyəm”.

0
0