26 iyun - “Qarabağ”la Qarabağa!
25.06.2009 - 18:40
İyunun 26-sı Azərbaycanda əlamətdar gündür. Həmin gün Silahlı Qüvvələrimizin yaranmasını dövlət bayramı kimi qeyd edirik. Bunun tarixi isə hələ Azərbaycan Demokratik Respublikasından başlayır. Başqa sözlə, Silahlı Qüvvələrin yaranmasından artıq 91 il keçir. Əslində, məqsədim iyunun 26-nın ordu günü olmasını vurğulamaq yox, diqqəti bu tarixin Azərbaycan futbolu ilə bağlılığına yönəltməkdir. Axı, klublarımız 15 ildir çıxış etdikləri avrokuboklarda ilk dəfə məhz iyunun 26-da mərhələ keçiblər. Sabah isə bu əlamətdar günün 10 illiyi tamam olur.
Futbolumuzdakı yubiley Ağdamın “Qarabağ” klubunun İntertoto kubokunda İsrailin “Makkabi” komandası üzərində tarixi zəfəri ilə bağlıdır. Düzdür, Hayfa təmsilçisi ilə iyunun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun nəticəsi bizim üçün uğursuz alınmışdı. İsraillərə 0:1 hesabı ilə uduzmuşduq. Ancaq “Qarabağ” bundan bir həftə öncə, yəni iyunun 19-da Hayfada 2:1 hesabı ilə qazandığı qələbə sayəsində tarix yazmağı bacardı.
İki qarşılaşmanın nəticəsinə görə hesab bərabər – 2:2 olsa da, rəqib meydanında vurulan qol həlledici oldu. “Qarabağ” səfər qoluna əsasən, “Makkabi”ni üstələdi və avrokuboklarda mərhələ keçən ilk Azərbaycan komandası isə tarixə düşdü. Bu uğurda klubun hücumçusu, eyni zamanda kapitanı Müşfiq Hüseynovun “dubl”u böyük rol oynadı. Hazırda “Qarabağ”ın məşqçisi olan 39 yaşlı veteran futbolçu İsraildə vurduğu iki qolla həm özünü, həm də komandasının adını tarixə yazdırdı.
Sözsüz ki, bu zəfərin əsas memarlarından biri də “Qarabağ”ın həmin vaxtkı baş məşqçisi, hazırda “Neftçi”ni çalışdıran Böyükağa Ağayevdir. 62 yaşlı təcrübəli mütəxəssis bundan 5 il sonra, yəni 2004-cü ildə artıq “Xəzər Universiteti”ni elə İntertoto kuboku uğrunda yarışda ikinci mərhələyə daşıya bildi. Düzdür, həmin vaxt daha çox bəxt amili köməyə gəlmişdi. Belə ki, ilk oyunda 0:4 hesabı ilə uduzduğumuz Avstriyanın “Kazino” klubunda UEFA sonradan “lipa” futbolçu tapmaqla, qarşımızda “yaşıl işıq” yandırdı. Rəqibə birinci matçda texniki məğlubiyyət verildi. Təbii ki, Ağayev və onun yetirmələri belə şansı əldən buraxa bilməzdilər və mərhələ keçmək vəzifəsi Bakıda “Şəfa” stadionunda keçirilən oyunda yerinə yetirildi.
Artıq tarixin yaddaşına köçən İntertotoda sonuncu mövsüm də bizim üçün uğurlu oldu. Bu dəfə “Neftçi” avrokuboklarda ilk dəfə iki mərhələ adladı. Hələ ki bu, yeganə haldır və ona ukraynalı mütəxəssis Anatoli Demyanenkonun baş məşqçisi olduğu komanda nail oldu. Flaqman əvvəl Slovakiyanın “Nitra”, daha sonra Belçikanın “Jerminal” klubunu üstələdi. Üçüncü, son mərhələdə Rumıniyanın “Vaslui” klubu üzərində Bakıda qazanılan 2:1 hesablı qələbə UEFA kubokuna vəsiqə əldə etməyə ümid yaradırdı. Ancaq səfərdə keçirilən cavab görüşündə 0:2 hesablı məğlubiyyət buna imkan vermədi.
Avrokubokların digər turnirlərinə gəlincə, klublarımız artıq bir neçə ildir keçirilməyən Kuboklar Kubokunda mərhələ adlaya bilməyib. UEFA kubokunda cəmi bir dəfə buna nail olmuşuq ki, bu da “İnter”ə cari turnirdə rəqib olan Slovakiyanın “Spartak” klubu üzərindəki zəfərdir. 44 yaşlı Yunis Hüseynovun çalışdırdığı Yevlaxın “Karvan” klubu 2006-cı ildə Trnava təmsilçisini həm evdə, həm də səfərdə 1:0 hesabı ilə məğlub etməklə, UEFA kubokunda “siftə” etdi.
Nəhayət, Çempionlar Liqası (ÇL). Qitənin ən nüfuzlu klub turnirində indiyədək “Neftçi” iki (2004-cü və 2005-ci illər), “Şəmkir”lə (2000-ci il) “İnter” (2008-ci il) hərəyə bir dəfə mərhələ adlayıb. “Neftçi” və “Şəmkir”in uğurları bu komandaları çalışdırmış Ağasəlim Mircavadovla bağlıdır. Hazırda “Xəzər-Lənkəran”ı çalışdıran 62 yaşlı mütəxəssis “Şəmkir”lə Latviyanın “Skonto”, “Neftçi”də İslandiyanın “Hafnarfyordur” klubunu üstələmişdi. “Neftçi”nin ÇL-də ilk uğurunda isə baş məşqçisi Kazbek Tuayevin əməyi keçib. 69 yaşlı çalışdırıcı Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu yendi. “İnter” isə ötən il 70 yaşlı ukraynalı mütəxəssisin rəhbərliyi altında Makedoniya “Rabotniçki”sini mötəbər turnirdə mübarizədən kənarlaşdırdı.
Bəli, 26 iyun həm də Azərbaycan futbol azarkeşlərinin bayramıdır. Ancaq futbolumuzun inkişafından öncə torpaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü düşünürük. Bizim ən böyük bayramımız Qarabağı erməni işğalçılarından azad etdiyimiz gün olacaq. Qoy, “Qarabağ” avrokuboklardakı tarixi uğurunun növbəti ildönümünü elə Qarabağda qeyd etsin! Bayramınız mübarək! Həm indiki, həm də gələcək bayramınız...
Mehman SÜLEYMANOV

0
0