“Uduzmaq nə qəribədir!”
25.06.2009 - 18:55
CAR-da keçirilən Konfederasiyalar Kubokunun yarımfinalında İspaniya yığmasının ABŞ-a məğlubiyyəti (0:2) bu ölkənin jurnalistlərini şoka salıb. Apasport.az saytının məlumatına görə, İspaniya KİV-lərində bu oyuna dair maraqlı başlıqlar dərc olunub.
Pireney yarımadasının, eləcə də dünyanın ən nüfuzlu idman nəşrlərindən sayılan “Marca” “Ağciyərlilik müailəcisi” başlığını seçib. Məqalədə bildirilir: “1 il sonra dünya çempionatında uduzmaqdansa, indi məğlub olmaq daha yaxşıdır”.
AS qəzetində məğlubiyyət yazısı “Uduzmaq nə qəribədir!” başlığı ilə təqdim olunub: “İspaniya oyun üslubunu itirdi. ABŞ-ın nizam-intizamlı oyunu tanınmaz gündə olan yığmamızı 2-lədi”. Adıçəkilən mətbu orqan iddia edir ki, bu gün keçiriləcək digər yarımfinalda Braziliya CAR-ı məğlub edəcək: “Braziliya milli komandasının meydan sahiblərini üstələyib, finala yüksələcəyi dəqiqdir. Braziliyalılarla finalı 2010-ci ildə oynayacağıq”.
“El Pais” isə yazır: “ABŞ İspaniyanın arzularına son verir. Bayram bitdi”. “El Mundo” qəzeti də təəccübünü gizlətməyib: “Arzular və rekordlar çarpışdı. İspaniya zəif rəqibə uduzur”.
Qeyd edək ki, ABŞ-a uduzan İspaniya yığması həm Konfederasiyalar Kubokunun finalında iştirak etmək hüququndan məhrum oldu, həm də komandanın 35 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı.

0
0