Kriştianu Ronaldo rəsmən “Real”da!
27.06.2009 - 09:44
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldonun Madridin “Real” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun rəhbərliyi 24 yaşlı portuqaliyalı yarımmüdafiəçini transfer etdiyini rəsmən bildirib.
“Real”la Ronaldonun keçmiş komandası “Mançester Yunayted” arasında keçidlə bağlı müqavilə imzalanıb. Buna əsasən Kriştianu iyulun 1-dən tam hüquqla Madrid təmsilçisinin futbolçusu olacaq. Müqavilə 6 illik müddətə nəzərdə tutulub. “Real”ın mətbuat xidməti transferin məbləğini açıqlamasa da, onun 93 milyon avro təşkil etdiyi hələ əvvəldən məlumdur.
Qeyd edək ki, Ronaldonun təqdimat mərasimi iyulun 6-da “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0