“Simurq” Gürcüstandan “sülh”lə qayıdır
27.06.2009 - 10:10
Azərbaycanı Avroliqada təmsil edəcək Zaqatalanın “Simurq” klubu Gürcüstandakı hazırlıq prosesini başa vurub. Apasport.az saytının məlumatına görə, Tiflisdə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda da Rustavinin “Olimpi” klubu ilə görüşən komandamız yenə uduzmayıb - 0:0.
“Simurq” “Olimpi”yə qarşı ilk iki yoxlama görüşündə 3:2 və 2:1 hesabı ilə qalib gəlmişdi. Bu komandalar arasında üçüncü matç da Tiflisin “Lokomotiv” stadionunda baş tutub. Gürcüstanı “sülh”lə tərk edən zaqatalılar bu gün axşam saatlarında Bakıda olacaqlar.
Qeyd edək ki, “Simurq” iyulun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda Avroliqada İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək. Komandamız rəqiblə görüşə son hazırlığı Bakıda keçirəcək.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0