“Neftçi” qazaxıstanlı bombardiri transfer etmək istəyir
27.06.2009 - 11:02
Qazaxıstanın “Qazaxmıs” klubunun hücumçusu Qeysər Ələkbərzadə karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən yaydığı məlumata görə, komandanın bombardiri “Neftçi”nin maraq dairəsinə düşüb.
“Qazaxmıs”da kapitan sarğısını daşıyan Qeysər ilk dövrədə özünü ən yaxşı tərəfdən göstərib və keçirdiyi 12 oyunda 9 qol vurmaqla, bombardir olub. Premyer Liqada yarışan “Qazaxmıs”ın maliyyə vəziyyətinin pis olduğunu nəzərə alsaq, hücumçunun satışı onların durumunu bir az yaxşılaşdıra bilər. Ələkbərzadə ilə Astananın “Lokomotiv” klubu da maraqlansa da, Qeysərin bura keçidi əvvəlki kimi real görünmür. Çünki “Lokomotiv” tanınmış özbək hücumçu Maksim Şatskixi heyətə cəlb edib, Daniyar Hasenovun isə transferi gözlənilir.
Qeyd edək ki, Ələkbərzadə “Qazaxmıs”ın tarixində həm ən çox oyun keçirən (63), həm də ən çox qol vuran (53) futbolçudur.

0
0