“Paris Hilton onun 80 mininci qadını oldu” - FOTOSESSİYA
27.06.2009 - 12:48
“Paris Hilton onun 80 mininci qadını oldu” - FOTOSESSİYA
Hər hərəkəti dünya mətbuatının diqqət mərkəzinə düşən portuqaliyalı futbolçu Kriştianu Ronaldo haqqında növbəti dəfə maraqlı açıqlamalar verilib. Apasport.az saytının məlumatına görə, bu dəfə “Real”ın yarımmüdafiəçisini keçmiş sevgilisi, ispaniyalı model Nereyda Qalyardo tənqid atəşinə tutub.

Gözəlçə cazibədar futbolçunu şorgözlükdə suçlandırıb: “Onun qısa müddətli əlaqələr yaşamaqdan ötrü ürəyi gedir. Ötən həftə görüşdüyü Paris Hilton də bunun fərqinə varmadı. Paris Ronaldonun 80 mininci qadını oldu”.

Qalyardo bildirib ki, “Mançester Yunayted”dən “Real”a transfer olan Ronaldo İspaniya paytaxtında fikrini cəmləyə bilməyəcək: “Madrid kimi şəhərdə Kriştianu qətiyyən rahat dura bilməz. Bəlkə də “Real” rəhbərliyi heyətinə yaxşı futbolçu qatıb. Ancaq klub rəsmilərinin onunla necə yola gedəcəyi indidən məni maraqlandırır. Tez-tez xaricə getməkdən və yeni insanlarla tanışlıqdan zövq alan biri necə futbol oynaya bilər!?”

Xatırladaq ki, Ronaldo ilə Qalyardo ötən il bir müddət birgə həyat yaşadıqdan sonra ayrılıblar.