Milli komandamızda “pas” problemi
27.06.2009 - 19:04
Milli komandamızda “pas” problemi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Litva yığma komandaları arasında bu gün “Mariyampol” stadionunda keçirilən yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Lippert bildirib ki, oyundan və nəticədən razıdır: “Bununla belə, düşünürəm ki, qələbə qazana bilərdik. Komandamız hücumda olarkən son, yəni həlledici ötürmənin verilməsində dəqiqlik çatmırdı”.
0