Savinov: “Ekranas”ı keçməyə borcluyuq!
28.06.2009 - 12:33
Savinov: “Ekranas”ı keçməyə borcluyuq!
“Komandada yüksək əhval-ruhiyyə var. Hamı bilir ki, “Ekranas” elə də zəif rəqib deyil və bu səbəbdən oyuna ciddi hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Aleksey Savinov deyib.

Klubun rəsmi internet səhifəsinə açıqlama verən moldovalı legioner bildirib ki, Çempionlar Liqasında Litva təmsilçisi “Ekranas”ı birinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırmağa borcludurlar: “İndi qarşıda "Rieka" ilə oyun var. Bundan öncə Avstriyanın "Kapfenberq" klubuna qarşı oyunda forma geyinmişəm. Çalışacağam ki, məşqçinin etimadını doğruldum. Bu klubda olan hər bir futbolçunun borcudur. Bundan əlavə "Ekranas" səddini keçməyə də borclu olduğumuzu hamı anlayır".
0