“Azərbaycanda çoxları əlini bizdən üzüb”
28.06.2009 - 13:17
“Azərbaycanda çoxları əlini bizdən üzüb”
“Hər şey normaldır. İlk növbədə “Rusenborq”la oyunu düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Aftandil Hacıyev deyib.
Komandasının rəsmi internet səhifəsinə açıqlama verən futbolçunun bildirdiyinə görə, avroliqada “Rusenborq”la matçda oynamaq istəyir: “Bunun üçün artıqlaması ilə çalışıram. Norveçliləri keçə bilərəkmi? Niyə də yox? Zənnimcə, onlar bir qədər boş çıxacaqlar oyuna. Ona görə də bundan istifadə etmək lazımdır. Ölkədə demək olar ki, çoxları bizdən əlini üzüb. Düzdü, bu rəqibin gücünə görədir. Əslində, bu bizə bir üstünlükdür. Norveçliləri sıradan çıxarmaqla insanlarımızı ikiqat sevindirərik. Avroliqada uğurlu çıxış etsək çempionatda işimiz asanlaşacaq. Hər halda, “Rusenborq”u sıradan çıxarsaq özünəinam yüksələcək ki, bu da futbolda çox önəmli olaydır”.