Azərbaycan vitse-çempionu Trnavada otel axtarır
29.06.2009 - 09:46
Avroliqada Azərbaycanı təmsil edəcək "İnter" klubu Slovakiya "Spartak"ına qarşı ilk oyununu keçirmək üçün bu ölkəyə iyulun 1-də günün ilk yarısında yola düşəcək. Apasport.az-ın PFL-in rəsmi İnternet saytına istinadən məlumatına görə, slovakiyalılar 35-40 nəfərlik nümayəndə heyətinin Trnava şəhərində məskunlaşması üçün 2 otel təklif ediblər.
Komandanın baş menecerinin müavini Kamran İsmayılov bildirib ki, "İnter" seçimini bu gün edəcək. Premyer Liqanın gümüş mükafatçısı Slovakiyada yeganə məşqi iyulun 1-də keçirəcək. "Spartak" - "İnter" oyunu ertəsi gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

0
0