Qyoko Hacıyevski razı qaldı və 5 legioner yoxladı
29.06.2009 - 09:53
“Komandamız yaxşı oynadı, bir çox qol imkanları yaratdıq. Rəqib üzərində böyük hesablı qələbə də qazana bilərdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski klubun rəsmi saytına açıqlamasında deyib.
Avropanın nüfuzlu turnirinə hazırlıq məqsədilə Sloveniyanın Ptuj şəhərində təlim-məşq toplanışında olan komandamız Xorvatiya çempionatının bürünc medalçısı “Riyeka”nı yoxlama oyununda 2:0 hesabı ilə məğlub edib. Hacıyevski bu görüşdə həm oyun, həm də nəticədən razı qalıb: “Uşaqların oyunu və nəticə məni qane etdi. İmkandan yararlanıb yeni oyunçuları əməldə gözdən keçirdim. Bu barədə qəti fikir söyləmək istəməzdim. Seçim üçün kifayət qədər zamanımız var. Qarşıdan gələn oyunlarda onları bir daha sınağa çəkmək istəyirəm".
54 yaşlı makedoniyalı mütəxəssis “Riyeka” ilə oyunda 5 əcnəbi futbolçunu sınaqdan keçirib. Müdafiəçilər – serbiyalı Bateslə braziliyalı Barbozanı əsas heyətdə meydana buraxan Hacıyevski ikinci hissədə orta sahə oyunçularına şans verib. Bunlar braziliyalı Andrazinyo, kamerunlu Andoso və rumıniyalı Muskalu olub.
Qeyd edək ki, “Rieka” ilə görüşün ilk hissəsində hesabı milli komandamızın da şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim açıb. Qələbə topunun müəllifi isə fasilədən sonra fərqlənən gürcü yarımmüdafiəçi Amiran Muciri olub. ÇL-də Litvanın “Ekranas” klubu ilə görüşə hazırlaşan “Bakı” növbəti yoxlama oyununu da xorvatlarla keçirəcək. Bu dəfə rəqib daha güclü və tanınan klub “Xayduk” olacaq. Həmin oyun iyulun 1-də baş tutacaq.

0
0