Hərəyə iki qol və ikinci yer əldən getdi
29.06.2009 - 10:10
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Litvanın “Ekranas” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Panevejis təmsilçisi Litva çempionatının XIII turunda “Suduva” ilə qarşılaşıb.
Liderlə görüşdə xal itirən “Ekranas” 2:2 hesablı heç-heçə ilə kifayətlənib. Birinci hissədə Egidius Varnas (25-ci dəqiqə) və Daynius Qleveçkasın (32-ci dəqiqə) qolları ilə iki top üstünlüyü qazanmasına baxmayaraq, “Bakı”nın rəqibi üstünlüyü qoruya bilməyib. Qonaqlar ikinci hissədə Alfredas Skroblas (60-cı dəqiqə) və Povilas Lukşisin (76-cı dəqiqə) qolları ilə hesabda tarazlıq yaradıb. Penaltidən fərqlənən sonuncu üç dəqiqə sonra meydandan qovulsa da, “Suduva”nın 11 dəqiqə azlıqda oynaması “Ekranas”a fayda verməyib.
Bu heç-heçədən sonra xal hesabını 28-ə çatdıran panevejislilər üçüncü pilləyə enib. Bu “Vetra”nın onları keçməsi sayəsində baş verib. “Bakı”nın rəqibi bu qarşılaşmada 12 futbolçuya güvənib: Vitautas Çernyauskas, Andrius Arlauskas, Giedrius Tomkeviçyus, Daynius Qleveçkas, Duşan Matoviç, Zilvinas Banis (Povilas Şarunas, 46), Deymantas Bıçka, Dominikas Qalkeviçyus, Stepen Ademolu, Egidius Varnas, Valdas Trakis.
Qeyd edək ki, “Bakı” ilə oyuna qədər daha bir çempionat matçına çıxacaq “Ekranas” iyulun 5-də “Vetra”nın qonağı olacaq.

0
0