“Riyeka”– “Differdanj” oyunu azərbaycanlı hakimlərə tapşırıldı
29.06.2009 - 10:16
Azərbaycanlı FİFA hakimi Vüsal Əliyev Xorvatiyaya gedəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 39 yaşlı beynəlxalq dərəcəli hakim Avroliqada “Riyeka” (Xorvatiya) – “Differdanj” (Lüksemburq) oyununu idarə edəcək. Bu, turnirin ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də cavab görüşü olacaq. Əliyevə bu təyinatı göndərən UEFA onun köməkçilərinin AFFA-nın müəyyənləşdirməsinə şərait yaradır.
0
0