Kiyev “Dinamo”sunun sabiq futbolçusu Azərbaycanda oynamaq istəmədi
29.06.2009 - 10:35
Ukraynanın “Xarkov” klubunun futbolçusu Vadim Milko Azərbaycan klublarında oynamaq təklifi alıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Ukrayna çempionatının güclülər dəstəsini tərk edən komandasından ayrılmaq fikrindədir. Aşağı dəstədə oynamaq istəməyən Milko aldığı təkliflər arasında ölkəmizin də adını çəkib. Lakin Kiyev “Dinamo”sunun yetirməsi Azərbaycanda oynamaqdan imtina edib: “İlk növbədə Ukraynadan, ya da ki, Rusiyadan aldığım təklifləri götür-qoy edəcəyəm. Azərbaycanda oynamaq variantları da var idi. Lakin belə uzağa getmək istəmirəm”.
Qeyd edək ki, “Xarkov”un daha bir sabiq oyunçusu braziliyalı Vilyam Batista “Bakı”nın şərəfini qoruyur.
Qeyd edək ki, “Xarkov”un daha bir sabiq oyunçusu braziliyalı Vilyam Batista “Bakı”nın şərəfini qoruyur.
0
0