Subaşiç yubileyini dublla qeyd etdi
29.06.2009 - 10:55
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç Çində qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, “Çanqçun Yatay” klubunda çıxış edən 27 yaşlı serb futbolçuya buna nail olmaq üçün 685 dəqiqə lazım gəlib.
Özü də siftəni “dubl“la edən Subaşiç “Dalyan Hayçanq”la səfər oyununda komandasının hər iki qoluna imza atıb. Branimir 28 və 40-cı dəqiqələrdə rəqib qapısına yol tapmaqla, komandasını fasiləyə hesabda 2:0 irəlidə aparıb. Ancaq rəqib fasilədən sonra vurduğu üç qolla əzmkar qələbə qazanıb. Branimir 67-ci dəqiqədə əvəzlənib və “Dalyan Hayçanq” bundan 6 dəqiqə sonra qələbə topunu vurub.
Qeyd edək ki, Subaşiç Çində yubiley – 10-cu oyununda fərqlənib. “Çanqçun Yatay”a bu ilin martında Belqradın “Srvena Zvezda” klubundan keçən hücumçu 13 oyunun 3-də ehtiyatda qalıb. 13 turdan sonra hesabında 20 xal olan “Çanqçun Yatay” turnir cədvəlində 5-ci yerdə gedir və liderdən 4 xal geri qalır. Subaşiçin komandası növbəti görüşünü iyulun 2-də evdə “Zejyanq Luçenq”la keçirəcək.

0
0