Milli komandamız FİFA-nın reytinqində bir pillə gerilədi
29.06.2009 - 11:06
Milli komandamız FİFA-nın reytinqində bir pillə gerilədi
FİFA qadınlardan ibarət milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığması 1353 xalla dünyanın 98 komandası arasında 62-ci pillədə qərarlaşıb.

Üç ay əvvəlki reytinq cədvəllə müqayisədə 8 xal itirən millimiz 1 pillə geriləyib. Siyahıya isə ABŞ (2198) yığması başçılıq edir. İlk “üçlük”də yer alan Braziliyanın 2125, Almaniyanın 2119 xalı var.

2011-ci il dünya çempionatının seçmə mərhələsində komandamızın rəqibləri olan İsveç futbolçuları 2100 xalla 4-cü pillədəki mövqeyini qoruyub. 1767 xala malik Çexiya reytinqdə 23-cü, 1609 xalı olan Belçika 34, 1467 xalı olan Uels isə 50-ci yerdədir. Bu üç rəqibimizdən biri – belçikalılar 3, digərləri isə bir pillə geriləyib.

Qeyd edək ki, növbəti reytinq cədvəli sentyabrın 25-də açıqlanacaq.