Foqtsun diqqətinə: Lixtenşteyndə beynəlxalq lisenziyalı məşqçi yoxdur
29.06.2009 - 11:52
Azərbaycan UEFA lisenziyalı məşqçilər arasında ən aşağı göstəriciyə malik ölkələrdən biridir. Apasport.az saytının məlumatına görə, ölkəmizdə beynəlxalq lisenziyaya malik məşqçilərin sayı 100-dən azdır. Bu baxımdan Azərbaycan UEFA-nın üzvləri arasında son qrupda yer alıb.
Bizim kimi heç 100 UEFA lisenziyalı məşqçisi olmayan 12 ölkə var. Bunlar Türkiyə, Bolqarıstan, Finlandiya, Qazaxıstan, Ermənistan, Litva, Estoniya, Çernoqoriya, Albaniya, San Marino, Andorra və Farer adalarıdır. Milli komandamızla 2010-cu il dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Lixtenşteyn yeganə Avropa ölkəsidir ki, UEFA lisenziyalı məşqçisi yoxdur.
Ən çox beynəlxalq lisenziyalı məşqçisi olan ölkələrin sayı isə 5-ə bərabərdir: İspaniya, Fransa, Almaniya, İtaliya və İsveçrə. Bu ölkələrin hər birində 5000-dən çox məşqçi beynəlxalq lisenziyaya malikdir.
Qeyd edək ki, Lixtenşteyndə beynəlxalq lisenziyalı məşqçi olmasa da, bu ölkənin milli komandası ötən il Bakıdan 1 xal aparıb. Sentyabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda Berti Foqtsun rəhbərlik etdiyi yığmamız lixtenşteynlilərlə heç-heçə oynayıb - 0:0.

0
0